Modern.az

MSK: “Gürcüstandan Azərbaycana seçkilərlə bağlı dəvət gəlib”

MSK: “Gürcüstandan Azərbaycana seçkilərlə bağlı dəvət gəlib”

Təhsil

21 Oktyabr 2013, 12:48

“Gürcüstan seçki prosesini müşahidə etmək üçün Azərbaycana dəvət göndərib. Bunu Modern.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev bildirib. “Ancaq hələlik tərkib müəyyənləşməyib”

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da qeyd edib ki, Azərbaycan parlamenti tərəfindən də Gürcüstana müşahidəçilər göndəriləcək. Onun sözlərinə görə, hələlik müşahidəçilərin tərkibi tam olaraq bəlli deyil.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı