Modern.az

Səbail sakinləri müraciəti təkzib etdilər: “Bizim adımızdan yalan məlumat yayılıb”

Səbail sakinləri müraciəti təkzib etdilər: “Bizim adımızdan yalan məlumat yayılıb”

Eğitim

21 Oktyabr 2013, 16:21

Səbail rayon Arif İsmayılov küçəsi- 25-ci binada yaşayan sakinlər bu gün internet mediada onların adından rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və millət vəkili Fuad Muradovdan şikayətçi olmaları barədə yayılmış müraciəti təkzib ediblər.

Müraciət müəllifləri qeyd ediblər ki, binanın təmir olunması ilə bağlı İcra Hakimiyyətinə, deputata ünvanladıqları müraciətlərə baxılmaması barədə yazılanlar yalandır. 

“Səbail rayonunun deputatı Fuad Muradov bizim müraciətlər əsasında müvafiq orqanlar qarşısında qeyd olunan binanın damının təmir olunması üçün məsələ qaldırıb və binaya baxış keçirilib. Bundan sonra orada təmir işləri aparılıb. Lakin binada çat olduğundan işlər tam başa çatdırılmayıb. Buna səbəb bina sakinlərindən birinin qeydiyyat sənədlərinin olmaması üzündən mənzildən müvəqqəti çıxmaqdan imtina etməsi olub”-deyə sakinlərin müraciətində qeyd edilib.

Müraciətdə vurğulanır ki, bina sakinlərinin adından qondarma müraciət hazırlanıb və KİV-ə ötürülüb. “Biz belə bir müraciət imzalamamışıq. Qeyd etmək istərdik ki, bu bizim adımızdan yayılan ilk belə xəbər deyil. Hesab edirik ki, belə yalan məlumatlar  məqsədyönlü şəkildə yayılır.  Bildirirk ki, adıçıkilən binada təmir işləri üçün müvafiq addımlar atılıb”-deyə müraciətdə qeyd olunub.  

Müraciəti Səbail rayonu Arif İsmayılov küçəsi- 25-də yaşayan sakinlər imzalayıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı