Modern.az

Bakıda polisi amansızlıqla öldürdülər

Bakıda polisi amansızlıqla öldürdülər

Təhsil

17 Noyabr 2013, 00:02

Bakı şəhərinin Xətai rayonu ərazisində Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, R.Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının 2 uşağı qalıb.

Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı