Modern.az

Rektor-akademik-deputatın 66 yaşı tamam olub

Rektor-akademik-deputatın 66 yaşı tamam olub

Təhsil

17 Noyabr 2013, 19:00


Modern.az
xəbər verir ki, noyabrın 17-də millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun 66 yaşı tamam olur. Akademik Əhliman Əmiraslanov Azərbaycanın tanınmış onkoloqu, nüfuzlu alimlərindən biridir. Onun elmi məqalələri dünyanın ən nüfuzlu tibbi və elmi nəşrlərində çap olunub.  
Əhliman Əmiraslanov Azərbaycan Respublikasının “Şöhrət” ordeni laureatı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri bölməsinin akademik-katibidir. O, beynəlxalq səviyyədə də fəaliyyəti ilə tanınır. Belə ki, akademik Əmiraslanov Rusiya Tibb Elmləri Akademiyası və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, TürkPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədridir. Bir çox nüfuzlu mükafatların sahibi olan Əhliman Əmiraslanov həm də Milli Məclisin deputatıdır.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı