Modern.az

Müsavat Partiyasında Gənclər Təşkilatına yeni sədr seçildi

Müsavat Partiyasında Gənclər Təşkilatına yeni sədr seçildi

Təhsil

17 Noyabr 2013, 19:50

/file/articles/
Noyabrın 17-də Müsavat Partiyasında Gənclər Təşkilatına yeni sədr seçkisi keçirilib. Sədrlik uğrunda 3 namizəd mübarizə aparıb - Əhliman Abbas, Rüfət Hacıbəyli və Nurlan Əliyev.

Müsavat Partiyasından verilən məlumata görə, Əhliman Abbas Müsavat Partiyası Gənclər Təşkilatının yeni sədri seçilib.
Gənclər Əhliman Abbasovun xaricdə təhsil aldığını, bir neçə xarici dil bildiyini və digər keyfiyyətlərini qiymətləndirərək ona daha çox səs veriblər.

Əhliman Abbas 1990-cı ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Böyük Britaniyadakı Nyukasl Universitetində magistr təhsili alıb. 2010-cu ildən Müsavat Partiyasının üzvüdür.

Xatırladaq ki, Müsavat Partiyasında Gənclər Təşkilatına keçirilən bundan öncəki seçkilərdə Cavid Hacıbəylinin qalib olduğu açıqlanmışdı. Bununla bağlı sonradan seçkidə iştirak edən digər namizəd Rauf Məmmədlinin partiyanın Divanına verdiyi şikayətə əsasən, seçkilərin nəticələri ləğv edilmişdi.


İlkin  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı