Modern.az

Prezidentin oğlu təyyarə qəzasında öldü

Prezidentin oğlu təyyarə qəzasında öldü

Təhsil

17 Noyabr 2013, 23:45

Noyabrın 17-də axşam Tatarıstanın Kazan şəhərində baş vermiş təyyarə qəzası zamanı 6 ekipaj üzvü və 44 sərnişin həlak olub. Boing 737-500 tipli təyyarədə həlak olanların şəxsiyyəti dəqiqləşdirilərkən, məlum olub ki, ölənlər arasında Tatarıstan prezidentinin oğlu İrek Minnixanov da var. Modern.az xəbər veir ki, bu barədə "RİA Novosti" hadisənin səbəbini araşdıran komissiyanın qərargahına istinadən məlumat yayıb.
Bundan başqa, həlak olanlardan biri də Tatarıstan Respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Antonovdur.

Rusiya mətbuatı yazır ki, İrek Minnixanov 8 aylıq hamilə həyat yoldaşı da onunla səfərə çıxmaq istəyirmiş. Amma prezident oğlu xanımını güclə bu səfərdən çəkindiribmiş ki, hamiləlik üçün təhlükə yarana bilər.

İrek Minnixanovun həyat yoldaşı fransızdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı