Modern.az

Yanukoviçin tərəfdarları parlament qarşısında çadırlar qurdular - FOTOLAR

Yanukoviçin tərəfdarları parlament qarşısında çadırlar qurdular - FOTOLAR

Təhsil

4 Dekabr 2013, 13:34

Bu gün səhər saatlarından Regionlar Partiyasının tərəfdarları Ukrayna Ali Radasının binası qarşısında 6 çadır qurublar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, çadır şəhərciyinin yaxınlığında prezident Viktor Yanukoviçə və hökumətə dəstək məqsədilə keçirilən mitinqə 2 min nəfərdən çox adam toplaşıb. Onlar əllərində “Vətən naminə!”, “Yanukoviç naminə!” şüarlarını tutublar. Çıxış edən regionçu deputatlar Yanukoviçin uğurlu siyasət yürütdüyünü qeyd edirlər. Bundan əlavə, sovet musiqisi də səsləndirilir.





Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı