Modern.az

İsveçdə cinayətkar qıtlığı üzündən həbsxanalar bağlanır

İsveçdə cinayətkar qıtlığı üzündən həbsxanalar bağlanır

Təhsil

4 Dekabr 2013, 17:34

İsveç həbsxanaları o qədər sürətlə boşalmağa başlayıb ki, artıq dördü bağlanıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, cəzaların çəkilməsi müəssisəsinin nümayəndəsi bunun əsas səbəbini həbs olunanların sayının azalması ilə izah edib. İsveçin cəzaların icrası idarəsinin rəhbəri Nils Oberq isə deyib ki, buna keçmiş qanun pozucularının reabilitasiyası ilə bağlı genişmiqyaslı dövlət proqramının həyat keçirilməsi nəticəsində nail olublar.

2011-2012-ci illərdə İsveç islah-əmək müəssisələrində saxlanılanların sayı 6 faiz azalıb. 9,5 milyon əhalisi olan İsveçdə indi həbsxanalarda 4852 isveçli cəza çəkir.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı