Modern.az

"Qızıl top" mükafatına üç namizəd var

"Qızıl top" mükafatına üç namizəd var

Təhsil

10 Dekabr 2013, 08:03

Foto: "Qızıl top"a və ən yaxşı baş məşqçi adına 3 namizəd məlum oldu / İdman

FİFA bu ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatına son üç namizədin adını açıqlayıb.

Bu siyahıda Kriştiano Ronaldo ("Real", Madrid), Lionel Messi ("Barselona") və Frank Riberi ("Bavariya") yer alıb.

Son 4 ildə "Qızıl top"a sahib çıxan Messi bu il də mükafatı qazanacağı təqdirdə öz rekordunu qırmış olacaq. Ronaldo isə 2008-ci ildən sonra yenidən bu mükafata sahib çıxmaqla "Qızıl top"larının sayını ikiyə yüksəldəcək.

Ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Riberi karyerası ərzində ilk dəfə bu mükafata sahib çıxa bilər. Riberi bununla da, 1998-ci ildə Zinəddin Zidandan sonra bu mükafatı qazanan ilk fransız futbolçu olacaq. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı