Modern.az

Elçibəyin oğlu: “Atamın yadigarlarını Arxiv İdarəsinə təhvil verəcəyik”

Elçibəyin oğlu: “Atamın yadigarlarını Arxiv İdarəsinə təhvil verəcəyik”

Təhsil

13 Dekabr 2013, 12:05

“Əbülfəz Elçibəylə bağlı çox vacib və mühüm sənədlər hələ də Dövlət Arxivinə verilməyib”. Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezidentin oğlu Ərturqut  Əliyev deyib.

“Atama məxsus sənədlərinin hamısını hələ tam toplamamışıq. Yalnız müəyyən hissə cəm edilib. Təbii ki, həmin sənədlərin hamısını bir araya gətirmək və qorumaq fikrimiz var. Hamısını bir yerə yığandan sonra dövlət arxivinə verəcəyik”.

Qeyd edək ki, hələ ötən il Milli Arxiv İdarəsi Ə.Elçibəy ailəsinə müraciət edərək, eks-prezidentə məxsus sənəd və əşyaların mühafizəsi ilə bağlı müraciət etmişdi.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı