Modern.az

“Böyük İpək Yolu” Vilnüsdə Avropa İttifaqının konfransında iştirak edib

“Böyük İpək Yolu” Vilnüsdə Avropa İttifaqının konfransında iştirak edib

Təhsil

13 Dekabr 2013, 12:49

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Litvanın paytaxtı Vilnüsdə keçirilən “2013-cü il –Avropa vətəndaşları ili” adlı konfrasda iştirak edir. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Toplantı iştirakçıları “Avropanın quruculuğunda vətəndaş cəmiyyəti təşkilatlarının rolu” və Ən ilk addımdan başlayaraq Avropanın qurulması” mövzularında müzakirələr aparıblar. Konfransda Avropa Komissiyasının Kommunikasiya üzrə baş direktoru Ylva Tiverus, Litvanın xarici işlər naziri Linas Linkevicius, Avropa iqtisadi və sosial Komitəsinin sədri Andres Gobins qatılıb.

 

Böyük İpək Yolu BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkə gənclərinin təşəbbüsü ilə Bakıda təsis edilib.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı