Modern.az

TQDK Ağcabədidə dərsliklərin müzakirəsini keçirib

TQDK Ağcabədidə dərsliklərin müzakirəsini keçirib

Təhsil

16 Dekabr 2013, 10:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi Regional Bölməsinin təşkilatçılığı ilə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif «Azərbaycan dili», «Ədəbiyyat» və «Biologiya» dərsliyinin müzakirəsini keçirib. 
 İclası TQDK-nın Ağcabədi Regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev açıb, sonra TQDK-nın sektor müdiri Orucov Cavanşir ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat verib. 
Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilib.  Müzakirələrdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminarın rəhbəri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam  Qəribov, Azərbaycan dili və ədəbiyyat fənni üzrə ekspert Arif Əsədov, Azərbaycan Müəllimlər İnstitunun Ağcabədi filialının dekanı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev, Ağcabədi şəhəri, 3-№ li məktəb-liseyin «Azərbaycan dili və ədəbiyyat» müəllimi, əməkdar müəllim Zəhra Əliyeva və digər müəllimlər çıxış edərək dərsliyin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər veriblər.  
Müzakirədə eyni zamanda 6-cı sinif «Azərbaycan dili» dərsliyinin həmmüəllifi Rafiq İsmayılov da iştirak etmiş, irad və təkliflərə öz münasibətini bildirib. Müzakirələr 15 dekabr 2013-cü il tarixində 6-cı sinif «Biologiya» dərsliyinin müzakirəsi ilə davam etdirilib. Biologiya fənni üzrə elmi-metodiki seminarın rəhbəri, H. Zərdabi adına təbiət tarixi muzeyinin direktoru, biologiya elmləri namizədi Tariyel Heybətov dərsliyin tədrisinin birinci yarımilində nəzərdə tutulmuş materiallara dair rəyi təqdimat edib. Daha sonra biologiya fənni üzrə ekspert, H. Əliyev adına Müasir Təhsil Kompleksinin biologiya kafedrasının müdiri, biologiya elmləri namizədi Fuad Ağayev dərsliyin monitorinqi haqqında ətraflı məlumat verib. Çıxışlar ətrafında müzakirədə Ağcabədi şəhəri 1-№ li tam orta məktəbin «Biologiya» müəllimi,  Əməkdar müəllim Abbasova Mirvari və digər müəllimlər də iştirak edib.
Müzakirələrdə Ağcabədi RB-nin kurasiyasında olan Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Zərdab və Laçın rayonlarından ümumilikdə 170 nəfər iştirak etmiş, sözügedən dərsliklə bağlı öz irad və təkliflərini bildiriblər.
Müzakirələr iştirakçılar tərəfindən qənaətbəxş hesab edilib.





Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı