Modern.az

ANS-in cənub bölgəsi ürzə keçmiş müxbiri qəflətən vəfat edib

ANS-in cənub bölgəsi ürzə keçmiş müxbiri qəflətən vəfat edib

Təhsil

16 Dekabr 2013, 10:29

Uzun illər Lənkəran televiziyasının baş redaktoru və ANS-in cənub bölgə müxbiri vəzifələrində çalışmış Şükür Səlimxanlı dekabrın 15-də qəflətən vəfat edib. Bu barədə Modern.az-a Şükür Səlimxanlının üzvü olduğu "Yardımlı Xeyriyyə Cəmiyyəti"ndən məlumat verilib.
Yazıçı-publisist Şükür Səlimxanlı son illər Sumqayıt şəhərində məskunlaşmışdı. "Ölümün nimdaş sifəti" publisist kitabın müəllifidir.
Mərhumun 3-7 mərasimində iştirak etmək istəyənlər dekabrın 17-də Sumqayıt şəhəri, 8-ci mikrorayon, bina 10v-nin qarşısındakı xeyir-şər evinə gələ bilərlər. 
"Yardımlı Xeyriyyə Cəmiyyəti" mərhumun 6 övladı - onların 4-ü həddibuluğa çatmayıb- atasız qaldığından hər kəsi bu məclisdə iştirak etməyə səsləyir.
Mərhum Şükür Səlimxanlı Milli Məclisin deputatı, professor Fəzail İbrahimlinin bibisi oğludur.  
Allah rəhmət eləsin.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...