Modern.az

Neftçilər Xəstəxanasındakı yanğında 12 nəfər xilas edilib

Neftçilər Xəstəxanasındakı yanğında 12 nəfər xilas edilib

Təhsil

16 Dekabr 2013, 10:56

Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı