Modern.az

Milli Orduda əsgər əsgəri ürəyindən bıçaqlayıb

Milli Orduda əsgər əsgəri ürəyindən bıçaqlayıb

Təhsil

16 Dekabr 2013, 13:24

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində qeydə alınıb.

Quba rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Zaur Rüstəmov mübahisə zəminində əsgər yoldaşı, Xətai rayonundan hərbi xidmətə çağırılan Surxay Muradovu bıçaqlayıb. Yaralı əsgər ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı