Modern.az

Azərbaycan müdafiə naziri Türkiyə prezidenti ilə görüşəcək

Azərbaycan müdafiə naziri Türkiyə prezidenti ilə görüşəcək

Təhsil

24 Dekabr 2013, 10:59


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.

APA-nın məlumatına görə, müdafiə naziri Anıtqəbiri ziyarət etdikdən sonra Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəllə görüşəcək.

Müdafiə naziri bu gün həmçinin, Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul olunacaq.

İki günlük səfər çərçivəsində Türkiyənin müxtəlif hərbi qurumlarında görüşlər keçirəcək.

Z. Həsənov eyni zamanda bu ölkənin müdafiə sənayesinin aparıcı təşkilatları olan Türkiyə Aviasiya Sənayesi (TAİ) və ASELSAN şirkətinin müəssisələrinə də baş çəkəcək.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı