Modern.az

Tofiq Hacıyev Dilçilik İnstitutuna direktor təyin olunmasından danışdı: “Hələ bir şey yoxdur, haray-həşir salmısız”

Tofiq Hacıyev Dilçilik İnstitutuna direktor təyin olunmasından danışdı: “Hələ bir şey yoxdur, haray-həşir salmısız”

Təhsil

25 Dekabr 2013, 10:41

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin olunması haqda yayılan xəbərə aydınlıq gətirib. Qeyd edək ki, Dilçilik İnstitutunda uzun müddət boş qalmış direktor postuna T.Hacıyevin təyinat aldığı barədə dünən xəbər yayılıb.
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin türkologiya kafedrasından da Modern.az-a kafedranın müdiri Tofiq Hacıyev həqiqətən də Dilçilik İnstitutuna direktor təyin olunduğunu təsdiqləyirblər. Bildiriblər ki, indi qalır bu təyinatın rəsmiləşdirilməsi.

Amma professorun özü Modern.az saytına açıqlamasında hələ ki heç nəyin məlum olmadığını qeyd edib: “Hələ ki ortada heç nə yoxdur, amma haray-həşir salmısınız. Hər şey tam məlum olandan sonra danışarıq”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı