Modern.az

Zərdüşt Əlizadədən Milli Şura barədə PROQNOZ: “2015-ci ildə yenidən birləşəcəklər”

Zərdüşt Əlizadədən Milli Şura barədə PROQNOZ: “2015-ci ildə yenidən birləşəcəklər”

Təhsil

9 Yanvar 2014, 11:33

“2013-cü il prezident seçkilərindən sonra müxalifət öz arasında didişməkdən başqa bir proses getmir”. Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, aparıcı müxalifət qüvvələrinin vaxtilə bir araya gəldiyi Milli Şurada baş verən böhranı şərh edib. Politoloqun sözlərinə görə müxalifətin 2015-ci il parlament seçkilərində yenidən birləşmə ehtimalı olsa da, hər hansı bir uğur olmayacaq.

“Mən ümumiyyətlə ənənəvi müxalifətin gələcəkdə hər hansı bir uğurunu görmürəm və bunu görmək də istəmirəm. Mən onları yaxşı tanıyıram və həmin müxalifətdən müsbət bir şey gözləmirəm”-deyə Z. Əlizadə qeyd edib.

Siyasi ekspert alternativ yeni müxalif qüvvənin formalaşdığını vurğulayıb. “Artıq formalaşma prosesi gedir. Mən yeni qüvvə kimi REAL Hərəkatının adını qeyd edə bilərəm”-deyə poltoloq söyləyib.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı