Modern.az

Dövlət Sosial Müdafiə Fondu sığorta olunanlara əlavə fərdi hesab açıb

Dövlət Sosial Müdafiə Fondu sığorta olunanlara əlavə fərdi hesab açıb

Təhsil

9 Yanvar 2014, 11:49

Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 425 283 sığorta olunan üçün fərdi hesab açılıb

2014-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 15,8 faiz artıb. Bu haqda Modern.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Ötən il ərzində DSMF tərəfindənəlavə olaraq 425283 sığorta olunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2691357 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hərbi sığorta olunan özü üçün social sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Beləki, istənilən sığorta olunan“Sığorta olunanlara məlumatların verilməsi” adlı electron xidməti vasitəsilə  onun üçün işə götürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət social sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrəöz pensiya kapitalını izləyə bilər. Ötən ilin statistikasına əsasən, vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasın da mühüm rola malik olan bu xidmət“Elektron hökumət” portalı vasitəsilə ən çox müraciət olunan electron xidmətlar sırasındadır. 

Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 58,7faizikişi, 41,3 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 21,7  faizini 30 yaşakimivətəndaşlar, 24,1 faizini 30-40 yaşaralığındaolanvətəndaşlar, 22,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,4 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,7 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Fərdi uçot- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiqolunan “Əmək pensiyaları haqqında” AzərbaycanRespublikasınınQanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı