Modern.az

“Cəmil Həsənli birləşdirici faktor kimi çıxış edərsə, Milli Şuranı yenidən dirçəltmək olar”

“Cəmil Həsənli birləşdirici faktor kimi çıxış edərsə, Milli Şuranı yenidən dirçəltmək olar”

Təhsil

9 Yanvar 2014, 12:10

“Vətəndaş Həmrəyliyi Partiyasının bəzi üzvləri Milli Şurada təmsil olunur. Qurumla bağlı qərar verməmişik. Amma bütövlükdə hamımız Milli Şuranın fəaliyyətinin davam etdirilməsində maraqlıyıq”.

Bunu Modern.az-a VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O, qeyd edib ki, Müsavat Partiyasının Milli Şuranı tərk etməsi Azərbaycan müxalifətinə zərbə olub: “Müsavat Partiyası Milli Şuradan çıxdı. İndi yeni situasiya yaranıb. Hər halda, vəziyyətdən çıxmaq mümkündür. Başqa istefalar olmayacaqsa, Cəmil Həsənli birləşdirici faktor kimi çıxış edə biləcəksə, Milli Şuranı yenidən dirçəltmək olar. Milli Şuranın dağıldığını iddia edənlər əvvəlcədən quruma qarşı olanlardır. Həmin qüvvələr həm də Müsavat daxilində partiyanın Milli Şuradan getməsini təmin ediblər”.

R.Manaflı İctimai Palata ilə bağlı baş verənlərə də münasibət bildirib: “İctimai Palata Azərbaycan siyasətində işıqlı bir səhifədir. Qurum həmişə uğurla fəaliyyət göstərib. Hazırda İctimai Palata fəaliyyətini dayandırıb, Milli Şuraya transfer olunub. Buradan belə nəticəyə gəlmək olar ki, İP artıq yoxdur. Bundan sonra qurumun sessiyası da keçirilməyəcək”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı