Modern.az

Küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Təhsil

9 Yanvar 2014, 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 10-da Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 10-da meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı günlərdə küləkli hava şəaraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

  Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...