Modern.az

Nəsibə Eldarova vəfat edən aktyor Ömür Nağıyevdən danışmadı: “Onu məndən niyə soruşursuz?!”

Nəsibə Eldarova vəfat edən aktyor Ömür Nağıyevdən danışmadı: “Onu məndən niyə soruşursuz?!”

Təhsil

9 Yanvar 2014, 13:02

“Onun haqqında məndən niyə soruşursunuz ki?! Onun öz ailəsi, arvad-uşağı var, gedin ondan soruşun”. Bunu Modern.az saytına dekabrın 31-də vıfat etmiş əməkdar artist Ömür Nağıyevin   keçmiş həyat yoldaşı Nəsibə Eldarova bildirib.

Qeyd edək ki, Rus Dram teatrının aktyoru əməkdar artits Ömür Nağıyev ötən ilin son günündə vəfat edib. Aktyorla vida mərasimi keçirilmədiyindən onun dəfnində həm media, həm də ictimaiyyət nümayəndələri iştirak etməyib.
Mərhumun keçmiş həyat yoldaşı, aktrisa Nəsibə Eldarova bu haqda Modern.az-a danışmaq istəməyib. Xanlm aktrisa hadisənin ona tam yad olduğunu dilə gətirib:

“ Rəhmətə getməyinə rəhmətə gedib. Amma başqa heç nə  bilmirəm. Onun haqqında məndən niyə soruşursunuz ki?! Onun öz ailəsi, arvad-uşağı var gedin ondan soruşun”.
 

Qeyd edək ki, aktrisa bir müddət mərhum Ömür Nağıyevin həyat yoldaşı olub. Onların 1985-ci ildə Rüfət adlı oğlu dünyaya gəlib. Lakin Rüfət Nağıyev keçən ilin sentyabrında yüksək dozada narkotikin qəbulu nəticəsində vəfat edib.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı