Modern.az

Təhsil Nazirliyindən Sumqayıt Dövlət Universiteti ilə bağlı yeni AÇIQLAMA

Təhsil Nazirliyindən Sumqayıt Dövlət Universiteti ilə bağlı yeni AÇIQLAMA

Təhsil

9 Yanvar 2014, 14:07

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifədən istefa verməsi ilə bağlı ərizə yazdıqdan sonra qeyd olunurdu ki, universitetdə yoxlamalara başlanılıb. Bu yoxlamalar keçmiş rektorun fəaliyyəti ilə əlaqədar səsləndirilən xoşagəlməyən məqamlarla bağlıdır. O zaman universitetin koordinasiya işləri elə təhsil nazirinin müşaviri Elxan Hüseynova həvalə edilmişdi.

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən Sumqayıt Dövlət Universitetində heç bir yoxlama aparılmayıb.

Qeyd edək ki, dekabrın 16-da prezidentin müvafiq sərəncamı ilə Nadir Qəhrəmanov vəzifəsindən azad edildikdən sonra nazir Mikayıl Cabbarovun əmri ilə isə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı