Modern.az

Azərbaycanda mobil rabitə ilə bağlı yenilik bu aydan tətbiq olunacaq - Rabitə Nazirliyi

Azərbaycanda mobil rabitə ilə bağlı yenilik bu aydan tətbiq olunacaq - Rabitə Nazirliyi

Təhsil

9 Yanvar 2014, 14:50

“Mobil rabitə operatorlarında nömrələrin daşınması sisteminin tətbiqi yanvar ayı çərçivəsində reallaşacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

O, qeyd edib ki, sistemin tətbiqi prosesi yanvar ayında bitməlidir. “Nömrələrin daşınması sisteminin tətbiqi yanvar ayı üçün planlaşdırılırdı. Mobil operatorlarda da bu istiqamətdə aparılan işlərin gedişatından aydın olur ki, bu ay sisteminin tətbiqi reallaşacaq”.

M. Əmirov mobil telefon danışıqlarının qiymətlərinin aşağı salınması istiqamətində də addımlar atıldığını bildirib. “Bununla bağlı təkliflərə baxılır, tariflər müəyyənləşdirildikdən sonra lazımi tədbirlər görüləcək”.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mediaya açıqlamasında yanvarın 1-dən etibarən mobil rabitə operatorları nömrələrin daşınması sisteminin tətbiqinə başlayacağını bildirmişdi. O eyni zamanda mobil danışıqların qiymətlərinin aşağı salınmasının mümkün ola biləcəyini vurğulamışdı.

 

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı