Modern.az

Osman Gündüzün İTTİHAMI: “Aztəminatlı ailələrə dekoderin pulsuz verilməsini niyə problemə çeviriblər?”

Osman Gündüzün İTTİHAMI: “Aztəminatlı ailələrə dekoderin pulsuz verilməsini niyə problemə çeviriblər?”

Təhsil

9 Yanvar 2014, 15:16


“Əlbəttə, rəqəmsal yayım həm keyfiyyətli təsvir və həm də tezlik resurslardan səmərəli istifadə baxımından xeyli səmərəlidir. Amma rəqəmsal TV yayıma keçiddə tələskənlik hiss olunur. Halbuki, indiki halda bu cür tələskənliyi zəruri edən amillər elə də gözə dəymir”.

Modern.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Tezlik resurslarına tələbat demək olar ki yoxdur, xariclə müqayisədə bu resurslardan istifadə “su” qiymətinədir. Keyfiyyətli və rəqabətli yerli TV kontent istehsalı da çox zəifdir. İnsanların xeyli hissəsi informasiyanı elə İnternetdən alırlar. Rəqəmli televiziya yayımının efirdən qəbulu üçün rəqəmli televizor və ya analoq televizorlara xüsusi qurğu (dekoder) qoşulmalıdır. 3 ildir ki 120 min aztəminatlı ailəyə 30-40 manatlıq dekoderin pulsuz verilməsini ciddi problemə çeviriblər. Artıq MTRŞ və Rabitə Nazirliyi bununla bağlı hökumətə bir neçə dəfə müraciət etdiklərini açıqlayıblar. İndi də deyirlər ki artıq analoq yayımı qısa müddətdə dayandıracağıq. Başa düşmürəm, dekoderi 10-15 manata xaricdən gətirmək olardısa, onu yerli “KÜR” və “Peyk” zavodları vasitəsilə bahalı istehsalını təşkil etməyə dəyərdimi? Bəlkə elə buna görə hökumət 3-4 milyon manat vəsaiti verməkdən imtina edir”, – deyə O.Gündüz qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı