Modern.az

Qazaxıstandakı erməni təxribatını Azərbaycan səfirliyi araşdıracaq

Qazaxıstandakı erməni təxribatını Azərbaycan səfirliyi araşdıracaq

Təhsil

9 Yanvar 2014, 15:37


Xəbər verdiyimiz kimi, Qazaxıstanla Ermənistanın birgə istehsalı olan “At gedişi” filmində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat yer alıb. Modern.az saytı Qazaxıstandakı mənbələrə istinadən bildirir ki, artıq məsələ ilə bağlı araşdırma aparılır:

“Azərbaycanın Xarici İşlər Nazirliyi məsələni araşdırmaq üçün Qazaxıstandakı səfirliyə tapşırıq verib”.

Qeyd edək ki, Qazaxıstanda sosial şəbəkələrdə sözügedən film ciddi tənqid olunub. Bu  filmdə Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ərazisi kimi göstərilməsi barədə iddialar səslənir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...