
Ədalət və İnkişaf Partiyasının mətbuat sözçüsü Hüseyn Çelik Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mülkiyyətinə dair edilən tənqidlərə çox sərt cavab verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu dünən qrup yığıncağında "Baş nazir çıxıb mal varlığını açıqlaya bilərmi?" - deyərək çox sərt şərhlər vermişdi.. Ərdoğanın mülkiyyəti ilə əlaqədar şərh isə bu gün Hüseyn Çelikdən gəlib: “Baş nazir çıxıb mal varlığını açıqlaya bilirmi deyir. Baş nazirliyin saytına lütfən girin. Baş nazir hissəsini basın. Biz gətirib də hörmətli Kılıçdaroğluna verəcək deyilik mal bəyannaməmızı? Hansı qurum istəsə götürüb öyrənə bilər”.
16 İyun 2011-ci il tarixi etibarilə baş nazir Rəcəb Tayyib Ərdoğanın mülkiyyət bəyannaməsi aşağıda təqdim edilib.
A – Daşınmaz əmlak
Güneysu-Dumankaya kəndi 2.000 kvadrat metr torpaq (Dəyəri 10 min türk lirəsi)
B – Bank və daşınmaz dəyərlər
Bank hesablarında cəmi 3.390.384 türk lirəsi, , 25.000 avro, 199.867 dollar
C- Alacaqları
500.000 türk lirəsi
Modern.az