Modern.az

AXCP sədrinin müavini Razi Nurullayev xəstəxanaya düşüb

AXCP sədrinin müavini Razi Nurullayev xəstəxanaya düşüb

Təhsil

9 Yanvar 2014, 16:10

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin səhhətinin pisləşməsi ilə bağlı Modern.az-a məlumat göndərilib. Məlumatda bildirilir ki, xəstəxanada AXCP fuksionerinə ağır xəstəlik diaqnozu qoyulub. Qeyd edilir ki, o, ayın əvvəlində İstanbula "AciBadem" Tibb Mərkəzinə gedib. 4-5 günlük müayinələrdən sonra o Almaniyaya getməyə məcbur olub. İndi onun Almaniyada, yoxsa Türkiyədə olduğu bilinmir.

Məsələni dəqiqləşdirmək üçün Razi Nurullayevlə əlaqə saxlamağa çalışdıq, amma zənglərimizə cavab vermədi.

AXCP-nin sədr müavini Gözəl Bayramlı Modern.az-a R.Nurullayevin xəstəxanada olduğunu təsdiqləyib: “Onu ötən həftənin əvvəli görmüşdüm. Sonra məlumat aldım ki, Razi Nurullayev əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Onun səhhətində olan problem xərçəng xəstəliyi ilə əlaqəsi yoxdur. Onun boğazında problemi var, buna görə də ağrıları olurdu. Yayılan məlumat əsassızdır. Allah şəfa versin. Əməliyyat olunandan sonra Bakıya qayıdacaq”.

İlkin

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı