Modern.az

“28 may”da işlər tamamlanır

“28 may”da işlər tamamlanır

Təhsil

9 Yanvar 2014, 16:32

2011-ci ildə ölkə başçısının imzaladığı Dövlət Proqramına uyğun olaraq, yenidən qurulan “28 May” stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlamaya başlanılıb. Metroplitendən Modern.az-a verilən məlumata görə, stansiyanın platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır, eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunur.

Məlumatda bildirilib ki, son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək. Bundan əlavə, bir sıra texniki və təmir işləri də son tamamlama mərhələsindədir. Qeyd edək ki, giriş sahəsində sərnişinlərin keçid məntəqəsinin də yeri dəyişdirilərək irəli çəkilib. Məlumdur ki, “28 may” metronun ən giriş-çıxışlı stansiyasıdır. Artıq girişdə sərnişin sıxlığı yaranmayacaq. Həm avtomat-nəzarət məntəqəsinə, həm də ondan sonra eskalatorlara qədər kifayət qədər geniş sahələr olacaq.
Girişdə “Cəfər Cabbarlı” stansiyasına keçid sahəsində də işlər tamamlanıb. Sərnişinlərin marağı nəzərə alınaraq, çıxışda da keçid inşa olunub. Burada da üzləmə yekunlaşdırılıb. Stansiyanın dəmir yolu vağzalının giriş sahəsində yerləşən dam hissəsində də son işlərə başlanılıb, burada metal konstruksiya tam yığılıb. Ümumilikdə isə işlərin 95 faizi artıq yerinə yetirilib.  

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı