Modern.az

Universitet sözçüləri nazirin yeni əmri barədə: “Əvvəl oxuyaq, sonra icrasına baxarıq”

Universitet sözçüləri nazirin yeni əmri barədə: “Əvvəl oxuyaq, sonra icrasına baxarıq”

Təhsil

9 Yanvar 2014, 17:04

Nazir Mikayıl Cabbarov Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə yeni əmr imzalayıb. Nazirin yeni əmrindən bu nəticə çıxır ki, dövlət universitetlərinin mətbuat xidmətləri mediaya birbaşa informasiya ötürmək və ya sualları cavablandırmaq səlahiyyətlərini itirirlər. Bu səlahiyyət Təhsil Nazirliyinin müvafiq qurumuna verilir. Belə olan halda dövlət universitetləri media ilə gələcək əlaqələrini necə quracaqlar?

Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universiteti mətbuat xidmətinin rəhbəri Günel Aslanova əmrlə tanış olduqlarını bildirdi: “Bizə dünən əmr daxil olub. Hazırda bu əmrin öyrənilməsi ilə məşğul oluruq. Bu istiqamətdə də müzakirələrimiz aparılır”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova: “Əmr təzə çıxdığından hələ bizə daxil olmayıb. Yəqin ki, bu gün ya sabah gələr”.

Azərbaycan Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov: “ Təhsil naziri Mikayıl Cabbarovun vahid informasiya siyasətinin təmin olunması barədə əmri ilə tanışıq. Əmr mənə də verilib və həmin əmrə uyğun olaraq KİV-lə fəaliyyətimizi quracağıq”.

 

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı