Modern.az

AXCP funksioneri: “Milli Şurada heç bir partiya dominantlıq edə bilməz”

AXCP funksioneri: “Milli Şurada heç bir partiya dominantlıq edə bilməz”

Təhsil

9 Yanvar 2014, 17:34

“Belə çıxır ki, indiyə qədər Milli Şura Müsavatın və ya AXCP-nin əlində idi. Bu cür fikirlərin heç bir əsası yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib. O bildirib ki, Milli Şurada müxtəlif qurumlar, gənclər təşkilatları, ziyalılar təmsil olunurlar: “Bundan sonra da qərarlar Milli Şuranın əsasnaməsinə uyğun həyata keçiriləcək. “AXCP Milli Şura dominantlıq edəcək” demək əsassızdır.

Hesab edirəm ki, son günlər baş verənlərə baxmayaraq, Milli Şura fəaliyyətini davam etdirəcək”.

G.Bayramlı qeyd edib ki, hazırda qurumla bağlı müzakirələr gedir: “Milli Şura üzvləri arasında görüşlər keçirilir. Onlar da Milli Şuranın saxlanmasının tərəfdarıdırlar. Sessiyada da Milli Şuranın qarşısında duran vəzifələr, 2014-cü il ilə bağlı məsələlər müzakirə olunacaq.

AXCP funksioneri deyib ki, Milli Şuradan istefa verən qüvvələr quruma qayıda bilərlər: “Bu, onların özlərindən asılıdır. Təbii ki, bütün məsələlər kimi bu da dəyərləndiriləcək”.

İlkin

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı