Modern.az

Şirvan Milli Parkında qanunsuz ov edənlər yaxalanıb

Şirvan Milli Parkında qanunsuz ov edənlər yaxalanıb

Təhsil

9 Yanvar 2014, 18:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə yanvarın 9-da Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb,  onlardan 3 ədəd ov tüfəngi, 1 ördək və adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 turac quşu götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.

Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı