Modern.az

Ziya Məmmədovun müfəttişləri Qarabağ veteranını təhqir etdilər - FOTO

Ziya Məmmədovun müfəttişləri Qarabağ veteranını təhqir etdilər - FOTO

Təhsil

9 Yanvar 2014, 23:41

Tez-tez adları qanunsuz hərəkətlərdə hallanan Nəqliyyat Nazirliyinin müfəttişləri bu dəfə hərbi ekspert, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova ilişiblər. Ü.Cəfərov Nəqliyyat Nazirliyinin əməkdaşı tərəfindən təzyiqlərə məruz qalıb, təhqir olunub. Modern.az-ən xəbərinə görə, bu barədə Üzeyir Cəfərov özü məlumat verib:

”Bu gün yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim. Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 nömrə nişanlı “Daevoo Nexsia” markalı avtomobilin sürücüsü heç bir səbə olmadan ən tərbiyəsiz bir şəkildə məni təhqir etdi. Mən ona özünü adam balası kimi aparmağı xahiş edəndə, bu məxluq ən təhqiramiz formada, küçə sözləri ilə məni dilə gətiriləsi mümkün olmayan formada təhqir etdi. Yanında da 2 nəfər şəxs oturmuşdu. Sözsüz ki, mən belə tərbiyəsizliyi cavabsız qoya bilmərəm və qoymayacağam. Nəqliyyat Nazirliyinin Katiblik rəisi hörmətli Namik Həsənov cənablarına bu hadisə ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək”.

Ü.Cəfərov onu təhqir edən şəxsin cəzalandırılması üçün sona qədər gedəcəyini vurğulayıb: “Burdan həmən şəxsə səslənirəm. Məni tanıyanlar bilirlər ki, mən hətta ölümdən də qorxan adam deyiləm. Danışığından və ləhcəsindən bu şəxsin Naxçıvandan olması heç bir şübhə doğurmurdu. Onu da bildirmək istəyirəm ki, hardan olmasına və kimliyindən asılı olmayaraq, mən bu işin son nöqtəsinə çıxacam. Əgər bu şxs ən sərt şəkildə cəzalandırılmasa, onu yaxın günlərdə hüquqi müstəvidə cəzalandırmağa söz verirəm”.


Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı