Modern.az

Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müzikli təqdim olunub

Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müzikli təqdim olunub

Təhsil

18 Yanvar 2014, 10:18

Modern.az  xəbər verir ki, yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müzikli Azərbaycan tamaşaçılarına təqdim olunub.

Müzikldə Gürcüstanın Xalq Artisti, məşhur kino aktyoru və estrada müğənnisi Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış ediblər.
1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan “Vera məhəlləsinin musiqiləri” bədii filmi Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə isə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.
Dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlərin bir-biri ilə mükəmməl vəhdət təşkil etdiyi səhnə əsəri Bakı tamaşaçılarına maraqlı anlar yaşadıb.
Sonda Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidze, tanınmış sənət adamı Sofiya Nijaradze çıxış edərək Azərbaycanı çox sevdiklərini, paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Heydər Əliyev Mərkəzinə heyran olduqlarını bildiriblər.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı