Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər onlarla hərbçi itirib

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər onlarla hərbçi itirib

Təhsil

2 Fevral 2014, 16:37


Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir: “Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır”.

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər