Modern.az

Azərbaycanda yay vaxtına nə vaxt keçiləcək?

Azərbaycanda yay vaxtına nə vaxt keçiləcək?

Təhsil

13 Fevral 2014, 11:10

“Yay vaxtına keçidlə bağlı Nazirlər Kabinetinin (NK) qərarı yoxdur”. Bunu Modern.az-a NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. “İndidən yay vaxtına keçidlə bağlı danışmaq tezdir”, – deyə o, əlavə edib.

Qeyd edək ki, 2014-cü ildə martın son bazar günü ayın 30-a düşdüyü üçün həmin gün saatlar bir saat irəli çəkiləcək. Bununla da yay vaxtına keçid həyata keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 1997-ci ildən Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir. Bir qayda olaraq, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

2013-cü il oktyabrın 27-də saatlar bir saat geri çəkilməklə ölkə ərazisinə qış vaxtına keçilib.

 

Aytən ƏLİYEVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı