Modern.az

“Azəriqaz”dan metrostansiya yaxınlığındakı partlayışa dair AÇIQLAMA

“Azəriqaz”dan metrostansiya yaxınlığındakı partlayışa dair AÇIQLAMA

Təhsil

13 Fevral 2014, 13:30


“Partlayış baş verən ərazidə Fövqəladə Hallar Nazirliyi araşdırma aparır. İndi mən heç bir fikir söyləyə bilmərəm. Araşdırmalar başa çatdıqdan sonra onlar öz rəylərini bildirəcəklər. Mütəxəssislər tam araşdırıb rəsmi bildirəcəklər ki, səbəb nədir. Partlayışın  az xəttində yaranan problemdən qaynaqlandığı ilkin rəydir. rəsmi deyil”.

Bunu Modern.az-a açıqlamasında “Azəriqaz” ASC mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirdi.

Qeyd edək ki, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş vermiş bugünkü partlayış zamanı 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, partlayış qaz sızmasından baş verib. Həmin tikilinin zirzəmisində kafe fəaliyyət göstərib və hadisənin də ora gedən qaz xəttindən törəndiyi bildirilir.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı