Modern.az

Türk ölkələri üçün ortaq dərslik təklif olunub

Türk ölkələri üçün ortaq dərslik təklif olunub

Təhsil

24 May 2010, 18:02
Modern.az saytı xəbər verir ki, bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Bakıda "Parlament diplomatiyası - Türk PA" adlı beynəlxalq konfransında Milli Məclisin deputatı Qənirə Paşayeva maraqlı təliflə çıxış edib.

Deputat bildirib ki, türkdilli ölkələrin ortaq tarix və ədbiyyat dərslikləri yazılmalı və bu, bütün türk dünyasında tədris olunmalıdır. Qənirə Paşayeva deyib ki, bütün türk dövlətlərinin ortaq tarix və ədəbiyyat dərsliklərinin yaradılmasının, tədris edilməsinin böyük əhəmiyyəti var:
“Türkdilli ölkələrin xarici ölkələrdəki diaspor təşkilatlarının da vahid mövqedən çıxış etməsi, fəaliyyətveriri  göstərdikləri ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq etməsi zəruridir. Fikrimcə, diaspor təşkilatları tərəfindən türkdilli ölkələrin problemləri daim diqqətdə saxlanılmalı, bu mövzularda xarici ölkələrdə tədbirlər keçirilməlidir. Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyasının konfransları türk diasporlarının güclü olduğu ölkələrdə də təşkil olunmalıdır”.
Q. Paşayeva deyib ki, türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsi də əhəmiyyətlidir: “Belə olarsa, türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər".  


Modern.az
   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı