Modern.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu gün Türkiyə və Qazaxıstanın dövlət başçıları Abdulla Güllə Nursultan Nazarbayev Türküstan şəhərindəki Xoca Əhməd Yəsəvi Universitetinə baş çəkiblər. Prezidentlər "Qazaxıstan- Türkiyə dost qalacaq" şüarı ilə qarşılanıblar. Onlar Orta Asiyanın ən müasir Tibb Fakültəsi Xəstəxanası olan 106 yerlik xəstəxananın açılışında da iştirak ediblər.
Maraqlı odur ki, prezidentlərin universiteti ziyarəti zamanı onların arzularının ifadə edildiyi məktublar şüşəyə qoyularaq binanın təməlində yerləşdirilib. Həmin məktubların 100 il sonra açılacağı qeyd edilib. İndidən prezidentlərin həmin məktublarda nə yazdıqları maraq doğurur.
Modern.az