Modern.az

Prezident müxalifətlə görüşməyəcək

Prezident müxalifətlə görüşməyəcək

Təhsil

19 Fevral 2014, 15:15

Ukrayna prezidenti Viktor Yanukoviçin bu gün yerli vaxtla saat 11:00-a təyin olunan görüşü baş tutmayacaq. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda hakim Regionlar Partiyasındakı mənbə məlumat verib. Xatırladaq ki, fevralın 18-də Ali Radanın sədri Vladimir Rıbak bəyan edib ki, bu gün saat 11:00-da Yanukoviç müxalifət liderləri ilə görüşəcək.

“UDAR” Partiyasının lideri Vitaliy Kliçko və “Batkivşina” fraksiyasının rəhbəri Arseniy Yatsenyuk  prezident Yanukoviçlə fevralın 18-dən 19-na keçən gecə görüşüblər. Yanukoviç müxalifət liderlərindən Avropa meydanındakı qarşıdurmaları dayandırılmasına və etirazçıların evlərinə dağılışmasına təkid edib. Eyni zamanda prezident müxalifəti radikallıqdan əl çəkərək danışıqlara başlamağa da çağırıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!