Modern.az

Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdirildi

Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdirildi

Təhsil

19 Fevral 2014, 16:55

Bu gün Milli Şura sessiyası keçirilir. Modern.az-ın məlumatına görə, sessiyada çıxış edən sədr Cəmil Həsənli deyib ki, Koordinasiya Şurasının adı bundan sonra Koordinasiya Mərkəzi adlandırılıb. Onun sözlərinə görə, Koordinasiya Mərkəzində əsasnaməyə edilən dəyişikliklər sessiyaya tövsiyə olunub.

C. Həsənli ölkədəki siyasi məhbuslardan da danışıb: “Çalışıram ki, onların məhkəmələrində iştirak edim. Onlar məhkəmələrdə öz haqlılıqlarını sübut etməyə çalışırlar. Biz hesab edirik ki, onlar siyasi baxışlarına görə həbs ediliblər. Beynəlxalq hüquq təşkilatlarının diqqətini bu istiqamətə yönəltməliyik”.

 

  İlkin PİRƏLİ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı