Modern.az

"İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam" - AÇIQLAMA

"İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam" - AÇIQLAMA

Təhsil

27 Fevral 2014, 15:36

Bu gün Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunan Tağı Əhmədov ilk açıqlamasını verib. O, virtualaz.org saytına açıqlamasında bildirib ki, prezidentin qərarına hörmətlə yanaşıb.

“Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: “Cənab İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.

T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”...

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov musavat.com-a yerinə təyin olunduğu bildirilən Zaur Hüseynovu tanımadığını deyib: "Belə bir adam tanımıram, o, metropoliten sistemində çalışmayıb, kimliyindən məlumatsızam".

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı