Modern.az

İlkər Başbuğ azadlığa buraxıldı

İlkər Başbuğ azadlığa buraxıldı

Təhsil

7 Mart 2014, 20:24


Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, istefada olan general İlkər Başbuğ azadlığa buraxılıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Ağır Cinayətlərə Dair İşər üzrə məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarına görə İ. Başbuğa ölkə hüdudlarından kənara çıxmağa qadağa qoyulub.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında İ. Başbuğa "Ergenekon" işi ilə bağlı ömürlük həbs cəzası verilmişdi.

Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya gedib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!