
Türkiyənin tanınmış dini xadimi, uzun illərdir ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fethullah Gülən özəl həyatı ilə bağlı marağa səbəb olan suallara cavab verib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Gülən bir söhbət zamanı nədən heç evlənmədiyini və nədən heç övlad sahibi olmadığından danışıb.
Məlumatda qeyd edilir ki, bu məsələ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Güləni uşaqları olmaması ilə bağlı qınayandan sonra gündəmə gəlib. Gülən isə nədən heç evlənmədiyi haqda bunları deyib:
“Əslində şəxsim adına bir əndişə duymadım. Çünki məni dünyaya bağlayacaq heç bir şeyim yoxdur. Bunları desəm bir az iddia kimi olur. Bir sevdiyim xanım, cocuğum olmadı. Mən bunları mənsub olduğum, könlümü verdiyim davama, düşüncəmə həmişə yad saydım”.
Modern.az