Modern.az

Xəzər TV baş direktoru haqda XƏBƏRİ təkzib etdi: "Bunlar böhtandır"

Xəzər TV baş direktoru haqda XƏBƏRİ təkzib etdi: "Bunlar böhtandır"

Təhsil

8 Mart 2014, 15:25


“Dünən bir neçə xəbər saytında Xəzər televiziyasının baş direktoru Hüseyn Dinlemezin adından Faruk Mərcan adlı şəxsə ünvanlanmış məktub dərc olunub. Xəzər televiziyası olaraq rəsmi şəkildə bəyan edirik ki, bu məktub və orada qeyd edilmiş məlumatlar həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Hüseyn Dinlemezin adından qoyulmuş imza saxtadır və məktubda qeyd edilmiş Farik Mərcan adlı şəxslə hər hansı münasibəti yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Xəzər televiziyasının hüquqşünası Pərviz Məmmədov bildirib.

O qeyd edib ki, Xəzər televiziyasının təsisçisi bəllidir: “Həmçinin televizyanın baş direktoru Hüseyn Dinlemezin və onun rəhbərliyi altında olan peşəkar kollektivin kim olduğu hər kəsə məlumdur. Bu jurnalistlər kollektivi dost və qardaş ölkə olan Türkiyə Cümhuriyyətindən əməkdaşlıq sazişi nəticəsində Azərbaycana dəvət olunub və öz təcrübəsini bölüşürlər. Bu jurnalistlər digər şirkətlərdə çalışan əcnəbi vətəndaşlar kimi qanuni əsaslarla burda fəaliyyət göstərirlər”.

P.Məmmədovun sözlərinə görə, Azərbaycanın teleradio məkanının inkişaf etdirilməsində paya sahib olan Xəzər televiziyası və onun baş direktoru Hüseyn Dinlemez barədə bu cür böhtan xarakterli məlumatların yayılması Türkiyədən və daxildən onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən müəyyən şəxslərin əməlidir:

”Onu da qeyd edək ki, Xəzər TV və ANS TV rəhbərliyi arasında dostluq və qardaşlıq münasibətləri vardır və bu münasibəti kimsə poza bilməz”-deyə P.Məmmədov vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı