ABŞ hərbi kəşfiyyatının rəhbəri Maykl Flinn etiraf edib ki, onun qurumunun Rusiyanın Ukrayna ərazisinə soxularaq Krımı işğal etmək planı haqda əvvəlcədən xəbəri olub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Flinnin sözlərinə görə, rus əsgərlərinin yarımadada peyda olacaqları haqda məlumatı bir həftə əvvəldə ABŞ kəşfiyyatı rəhbərliyə verib:
“Biz indi Krımda olan Rusiya hərbçilərini 7-10 gün izləmişik. Həmin müddətdə çox dəqiq hesabatla vermişik, biz situasiyanın bu həddə çatacağı haqda həyəcan təbili çalmışıq”.
O qeyd edib ki, Moskva hərbi fəallığını hərbi təlimlərlə də nümayiş etdirirdi.
Modern.az