Silahlı əsgərlər ATƏT-in müşahidəçilərinə atəş açaraq onların Krıma getməsinə mane olublar. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, ATƏT-in nümayəndə heyəti yarımadaya keməyə cəhd göstərərərkən hərbçilər havaya bir neçə xəbərdarlıq atəşi açıblar. Geyimlərində heç bir işarə olmayan hərbçilər iddia ediblər ki, ATƏT-in müşahidəçilərinin Krıma gəlmək üçün səlahiyyətləri yoxdur. Bu artıq beynəlxalq nümayəndələrin Krıma keçmək üçün ikinci cəhdidir.
Xatırladaq ki, Ukrayna Rusiyanı BMT və ATƏT müşahidəçilərini Krıma buraxmağa çağırır.
Modern.az