Modern.az

Xarkovda Kliçkoya yumurta atdılar

Xarkovda Kliçkoya yumurta atdılar

Təhsil

10 Mart 2014, 17:24


Xarkovda Rusiya tərəfdarı olan fəallar “UDAR” fraksiyasının lideri Vitali Kliçkoya yumurta və partlayıcı atıblar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, hadisə bu şəhərdəki Avropa meydanında keçirilən mitinq zamanı baş verib. Məlumatda qeyd edilir ki, nə yumurtalar, nə də partlayıcılar Kliçkoya dəyib. “UDAR”ın lideri çıxış edərkən 100-ə yaxın Rusiyameylli fəal səhnə qarşısına düzülərək “Rusiya” və “Faşizm keçməyəcək” şüarlarını səsləndiriblər. Yumurta atəşi zamanı siyasətçinin mühafizəçiləri onu çətirlə qoruyublar. Bundan sonra Kliçko meydandan getsə də, mitinq davam edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı