Modern.az

Güclü şəkildə Ukraynanın yanındayıq

Güclü şəkildə Ukraynanın yanındayıq

Təhsil

11 Mart 2014, 01:12

Modern.az saytı Türkiyə mətbuatına istinadən  xəbər verir ki, NATO-nun baş katibi Rasmussen, beynəlxalq cəmiyyətin Krımdakı hərbi gərginlik səbəbiylə Rusiyanın sərt bir şəkildə tənqidini xatırladaraq, Rusiyanın rəftarı səbəbiylə dövlətlərarası hüququn zədələndiyini, eyni zamanda "Güclü şəkildə Ukraynanın yanında olduqlarını və  Avropa soyuq müharibə sonrası ən böyük təhlükəsizlik təhlükəsini yaşadığını" bildirmişdir.

Rasmussen, NATO, Avropa Birliyi və G7 ölkələrinin Rusiyadan beynəlxalq məsuliyyətlərini yerinə yetirməsini istədiyini vurğulayaraq, XXI əsrdə Avropa xəritəsində heç bir ölkənin yeni bir sərhəd çəkməyə cəhd etməməsini  söyləmişdir.

Ukraynadakı siyasi və hərbi dairələrlə əməkdaşlığı gücləndirdiklərini işarə edən Rasmussen, Ukrayna ordusunun məhsuldarlığının artırma səyi içində olduqlarını qeyd etmişdir.

modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı