Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gecə yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.
Havanın temperaturunun gecə 3-5, günün birinci yarısında 14 dərəcəyədək, axşama doğru isə 6 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 12-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam dağlıq və dağətəyi rayonlarda sulu qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Axşama doğru güclü qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 14-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9 dərəcə aşağı düşəcək. Martın 12-si axşamdan 13-ü gündüzədək bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək.
Modern.az